İcra başçısı Xırdalanda gənclərlə görüşüb

icra-bascisi-xirdalanda-genclerle-gorusub
Oxunma sayı: 2440

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayon gəncləri ilə görüşü keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Xırdalanda yerləşən Heydər Əliyev Mərkəzində baş tutan görüşdə icra başçısı respublikada həyata keçirilən gənclər siyasətindən danışıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısı, eləcə də reallaşdırılan müxtəlif dövlət proqramlarının nəticəsində bu sahə üzrə böyük uğurlar əldə olunub. 

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev vaxtaşırı müxtəlif sahələrdə uğurlar qazanmış gənclərlə görüşür, gəncliyin problemləri ilə daha yaxından tanış olur, onları düşündürən məsələlər ətrafında geniş fikir mübadiləsi aparır.

Daha sonra çıxış edənlər gənclərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər. Son dövrdə Abşeron rayonunda geniş abadlıq və quruculuq işlərinin aparılması, xüsusən gənclərin asudə vaxtının səmərəli təşkili üçün park və xiyabanların, istirahət mərkəzlərinin tikilib istifadəyə verilməsi, gənc kadrlara yüksək etimad göstərilərək irəli çəkilməsi rayon ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanıb.

Sonda tədbir iştirakçıları adından prezidenti İlham Əliyevə müraciət qəbul edilib.