İcra başçısı xocalılarla görüşdü

İcra başçısı xocalılarla görüşdü
Oxunma sayı: 1864

Gəncədə “Xocalı faciəsi” nin 26-cı il dönümünə həsr edilən ümumşəhər tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Xocalı sakinlərinin məskunlaşdığı qəsəbədə keçirilən tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, Gəncədə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər. Elmar Vəliyev və ictimaiyyət nümayəndələri Xocalı abidəsinin önünə gül dəstələri qoyub.

Xocalı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Əliyev bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşlardan heç vaxt silinməyəcək. Qeyd edib ki,  Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir.

Elmar Vəliyev çıxışında qeyd edib ki, bu qanlı faciəyə ilk dəfə Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hüquqi-siyasi qiymət verilib. O deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində, o cümldən ABŞ-ın 21 ştatında Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur.

Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən ədəbi-bədii kompazisiya nümayiş etdirilib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi