İcra başçısı yarmarkada - Fotolar

icra-bascisi-yarmarkada
Oxunma sayı: 3894

Füzuli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Horadiz şəhərində, Zobucuq qəsəbələri ərazisində, Dörd yol adlanan ərazidə və Qayıdış qəsəbələri ərazisində əvvəlcədən müəyyən olunmuş yerdə kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib. 

Rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Novruz bayramı ərəfəsində təşkil olunan yarmarkaya mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz, ərzaq və digər kənd təsərrüfatı məhsulları çıxarılıb. Yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilib.

Yarmarkada rayonda istehsal olunan ət və süd məhsulları, ev quşları, yumurta, meyvə tərəvəz, göyərti, şirniyyat və çərəzlər bazar qiymətlərindən 15-20 faiz aşağı qiymətə alıcılara təklif edilib. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Horadiz şəhərində təşkil olunan yarmarkaya baş çəkib, alıcı və satıcılarla söhbət edib. Alıcılar məhsulların keyfiyyətindən və qiymətlərin bazarlara nisbətən ucuz olmasından razılıqlarını bildirib, bu cür yarmarkaların mütəmadi təşkil olunmasını vurğulayıblar.