İcra başçısına yeni müavin təyin olunub - Foto

icra-bascisina-yeni-muavin-teyin-olunub
Oxunma sayı: 1160

Sabunçu rayon icra başçısına yeni müavin təyin olunub.

İcra Hakimiyyətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, yeni müavin Fərəcova Rəna Möhübbət qızıdır. O, 1989-cu ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Azərbaycan Dillər Universitetinin bakalavriatura, 2013-cü ildə isə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

2014-cü ildən isə Azərbaycan Dillər Universitetinin German dilləri ixtisası üzrə dissertantıdır.

2012-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dilinin tarixi və leksikası kafedrasında müəllim vəzifəsində pedaqoji fəaliyyətə başlayıb. 2016-cı ilin sentyabr ayında Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsində Tədris işləri üzrə dekan müavini vəzifəsinə təyin olunub.

2016-cı ilin noyabr ayında Azərbaycan Dillər Universitetinin Tələbə qəbulu və tələbə qeydiyyatı mərkəzində direktor vəzifəsinə təyin olunub.

28.07.2017-ci il tarixində isə Bakı şəhəri, Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının Humanitar və ictimai-siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür.