İcra başçısından Lənkəran gənclərinə hədiyyə

İcra başçısından Lənkəran gənclərinə hədiyyə
Oxunma sayı: 825

Bu gün Lənkəran şəhərindəki Gənclər Mərkəzində 2 fevral -  Gənclər Günü münasibəti ilə “Gənclik dünyanın gələcəyidir” adlı təntənəli bayram tədbiri keçirilib. 

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, İcra aparatının məsul işçilərinin, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, fəal gənclərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən tədbir Azərbaycan gəncliyinin, o cümlədən Lənkəran gənclərinin son dövrlərdə təhsil, elm və idman sahəsində əldə etdikləri nailiyyətlərdən bəhs edən video-çarxın nümayişi ilə başlayıb. 

Daha sonra İcra başçısı T.Qaraşov rayonun ictimai həyatında fəallıq göstərən bir qrup fərqlənən gənclərə Şəhər İcra Hakimiyyətinin fəxri fərman və xatirə hədiyyələrini təqdim edib.

Tədbir gənclərin hazırladığı əyləncəli müsiqili proqramla davam edib.  



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi