İcra başçısından xəbərdarlıq…

icra-bascisindan-xeberdarliq
Oxunma sayı: 777

Layihə çərçivəsində kiçik və orta sahibkarların problemlərinin həlli istiqamətində hüquqi yardımlar göstərilir və sahibkarların qarşılaşdığı hüquq pozuntuları faktlarının aylıq və dövri hesabat hazırlanır . Təşkilatdan “Qafqazinfo”ya daxil olan məlumata görə, layihə çərçivəsində Gədəbəy rayon Heydər Əliyev Prospektində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Hacıyeva Elmira Əsgər qızı, Əliyev İlham Yunis oğlu, Abdullayev Cəmilə Əli qızı, və 15-ə yaxın digər sahibkarlar quruma müraciət ediblər. Onlar Gədəbəy rayon İcra Hakimiyyətinin Başçısının bir həftə öncə onlarla görüşərək sahib olduqları ticarət obyektlərini qeyd-şərtsiz boşaltmalarını tələb etməsini əks təqdirdə ticarət obyektlərində olan sahibkarlara məxsus məhsulların gecə məhv ediləcəyi ilə bağlı təhdidlərindən narahat olduqlarını və hüquqlarının qorunmasını xahiş ediblər: “Sahibkarlar Torpaq və Xəritəçəkmə Komitəsi daxil olmaqla digər müvafiq qurumlardan aldıqları sənədlər ilə sahib olduqları ticarət obyektlərinə dair mülkiyyət hüquqlarının təsdiq edildiyi faktına baxmayaraq mülkiyyət hüquqlarına qarşı təhlükənin mövcudluğundan narahatdırlar. Gədəbəy şəhər İcra Hakimiyyətinin Başçısı Kamran Rzazadə sahibkarlara şifahi bildiriş verərək öz obyektlərini dərhal və qeyd-şərtsiz tərk etmələrini istəməsi qüvvədə olan mövcud qanunvericiliyə birbaşa ziddir” .

Təşkilat bildirir ki, İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

Yenə sahibkarların iddia etdiyinə görə rayon icra hakimiyyətinin başçısı sahibkarlara məxsus obyektlərin söküləcəyini qeyd etmişdir.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Bundan başqa Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Yuxarıda qeyd olunan faktla bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinə və aidiyyatı qurumlara müraciətlər göndərilib”.