İcra başçısının 3 aylıq hesabatı - Fotolar

İcra başçısının 3 aylıq hesabatı
Oxunma sayı: 1431

Nəsimi  rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə,mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə iclas keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına   həsr olunmuş iclası barədə ətraflı məlumat verib.

Asif Əsgərov bildirib ki, son illərdə ölkəmizin hərtərəfli inkişafında əldə olunmuş yüksək dinamikaya uyğun olaraq, paytaxtın mərkəzi hissəsində yerləşən Nəsimi rayonunda da istehsalın artımında, quruculuq-abadlıq işlərinin genişlənməsində, önəmli sosial layihələrin sürətlə gerçəkləşdirilməsində diqqətəlayiq uğurlar qazanılıb. Ötən ili bütün sahələrdə ciddi nailiyyətlərlə yola salmış nəsimililər ilin birinci rübünün sosial-iqtisadi göstəricilərini də kəmiyyət və keyfiyyət baxımından yaxşılaşdırıblar.

Sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının qısa müddətdə təmin edilməsi məsələləri RİH Başçısı yanında Şuranın geniş iclaslarında müzakirə olunub, RİHB Aparatı, Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, ikili tabelikdə olan yerli strukturlar, müəssisə və təşkilatların rəhbərlərinin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.

Ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqların təmin edilməsi məqsədi ilə Nəsimi Rayon İcra Hakimiyyətində xüsusi qərərgah yaradılıb.

İcra başçısı qeyd edib ki, prezident İlham Əliyevin göstərişinə əsasən, yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Nazirlər Kabinetinin mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumu görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması ilə bağlı qərarı istiqamətində də Nəsimi RİH məqsədyönlü işlər aparır.

Rayon ərazisində müəyyən edilmiş ünvanlar üzrə 32 layihə razılaşdırılıb, 21 layihə üzrə söküntü- tikinti işləri aparılır.

Ümimiyyətlə, rayon  ərazisində xidmət təşkilatları və digər podrat qurumları çoxsaylı yenidənqurma, təmir-tikinti, abadlıq, təmizlik və yaşıllaşdırma işləri aparıb.

Əhalinin su, elektrik enerjisi, qaz və istilik təchizatı daim nəzarətdə saxlanılıb, qəzalar dərhal aradan qaldırılmış, xidmətin səviyyəsi yüksəldilib.

Ərazidəki təhsil, səhiyyə, mədəniyyət və digər humanitar sahə müəssisələrinin ahəngdar fəaliyyəti təmin edilmiş, hər sahədə səmərəli iş qurulmasına kömək göstərilib.

Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq, 2018-ci il fevral ayının 12-dən respublikamızın bütün bölgələrində olduğu kimi, əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmış və hazırda uğurla davam etməkdədir. Bugünədək rayonda 55 mindən artıq sakin pulsuz tibbi müayinədən keçib.

20 Yanvar  və Xocalı faciələrinin anım günləri, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü, Aprel döyüşlərinin ildönümü rayonun bütün kollektivlərində qeyd edilmiş, çoxsaylı vətənpərvərlik tədbirləri təşkil olunub.

Hesabat dövrü ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən gənclərin ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keçirilib.

İclasda Nəsimi  rayon MKTB-nin rəisi Elman Yəhyayev, ƏSMN yanında SMF-nun Nəsimi   rayon şöbəsinin müdiri  Əsgər Əsgərov,  Nəsimi rayon  Sukanal İdarəsinin rəisi İntiqam Tağıyev, “Azərişıq” ASC-nin rayon şöbəsinin rəisi Həbib Əzizov çıxış edib.

İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi