İcra başçısının müavini işdən qovuldu - Külli miqdarda pul mənimsəyib

icra-bascisinin-muavini-isden-qovuldu
Oxunma sayı: 668

Tovuz rayon icra başçısının müavini Mahir Həsənov işdən çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilir ki, M. Həsənov vəzifəsindən sui-istifadə edərək külli miqdarda pulu mənimsədiyinə görə işdən qovulub və ona qarşı cinayət işi açılıb.

***

“Qafqazinfo”nun Tovuzdakı mənbələrdən əldə etdiyi məlumata görə, Mahir Həsənov bir neçə gün öncə işdən çıxarılıb. Onun vəzifəsindən hansı səbəbə kənarlaşdırıldığı isə hələ ki, açıqlanmır.