İcra başçısının qızı ilə bağlı qərar ləğv edildi

İcra başçısının qızı ilə bağlı qərar ləğv edildi
Oxunma sayı: 3380

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Nigar Abdullayevanın kassasiya şikayətinə baxılıb.

 “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Tahir Kərimovun icraatında olan prosesdə apellyasiya instansiyasının qərarı ləğv edilib. Məhkəmə işində bəzi sübutlar yenidən araşdırılması üçün geri qaytarılıb. N.Abdullayevanın işinə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılacaq.

Salyanın keçmiş icra başçısı Seyran Seyranovun qızı olan 1982-ci il təvəllüdlü Nigar Abdullayeva Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilir.

N.Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin Protokol şöbəsinin rəisi olub. N.Abdullayeva 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. O, turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxladığı üçün qərardan şikayət verilib. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi