İcra başçısının terrorçu oğlu öldürüldü

icra-bascisinin-terrorcu-oglu-olduruldu
Oxunma sayı: 641

Lent.az-ın verdiyi məlumata görə, bir evdə gizlənən iki silahlı öldürülüb.

Silahlıların şəxsiyyəti artıq müəyyənləşib. Onlardan biri, 1986-cı il təvəllüdlü Hacımurat Habibov Qunib rayon sakinidir. Hacımurat Habibov 2011-ci ilin martında Dağıstanın Qarabudaqkənd rayonunda törədilən kütləvi qətliamda iştirak edib. Həmin vaxt silahlılar təsadüfən yolları üzərinə çıxan 5 ovçunu öldürüblər.

Öldürülən digər silahlı isə 1991-ci ildə Soqratlı kəndində anadan olmuş Süleyman Hacıomarovdur. O, 1 il əvvəl Qahirədəki İslam Universitetində təhsilini başa vurub, Dağıstana qayıdıb. Hacımurat Habibovun təsirinə düşən Süleyman Hacıomarov silahlılara qoşulub. Məlumata görə, o, Qunib rayonunun icra başçısının oğludur.