İcra Hakimiyyəti hesabat yığıncağı keçirdi

icra-hakimiyyeti-hesabat-yigincagi-kecirdi
Oxunma sayı: 1229

20-ci yaşayış sahəsindəki 162 №-li orta məktəbdə  Səbail rayonu Bayıl-20-ci yaşayış sahəsini əhatə edən Səbail RİH başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib. 

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Rüfər Əhmədzadə  bildirib ki, 51.000 nəfər əhali yaşayan və 6510 nəfər məcburi köçkün məskunlaşmış ərazidə ötən il  SOCAR-ın Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışı olub, iyul ayında Yeni Salyan yolu küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün  yeni yaşayış binası istifadəyə verilib və ölkə başçısı İlham Əliyev tərəfindən burada 3-cü binanın təməli qoyulub.

Ha¬zır¬da ərazidə  Səbail Rayon Prokurorluğunun yeni inzibati binasının tikintisi davam edir.

Ötən il RİH tərəfindən  157 saylı uşaq bağçasının sökülərək müasir layihə əsasında  yeni uşaq bağçasının inşasına başlanmış və burada işlər başa çatmaq üzrədir. 

Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev 2017-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib. Bidirib ki, RİH tərəfindən rayonun  yaşayış məntəqələrində  məhəllələr   abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, su və kanalizasiya sistemləri yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işıqlandırılması ilə bağlı tədbirlər görüləcək.

Yığıncaqlarda mövcud problemlərdən danışılıb,  sakinləri maraqlandıran suallar cavablandırılıb, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.