İcra hakimiyyəti köçkünlərə iş verdi

icra-hakimiyyeti-kockunlere-is-verdi
Oxunma sayı: 674

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə 9 mart 2017-ci il tarixdə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nəsimi rayonunda müşavirə keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun ən böyük müəssisələrindən biri olan  “Bakı Tikiş Evi” SC-də məcburi köçkünlərin işlə təmin olunması üçün yeni iş yerlərinin açılması istiqamətində müəyyən işlər görülür.

Rayon İcra hakimiyyəti Başçısının I müavini Gülarə xanım Verdiyeva  “Bakı Tikiş Evi” SC-də olaraq yeni işə götürülmüş məcburi köçkünlərlə görüşüb.       “Bakı Tikiş Evi” SC-nin baş direktoru Fidail Rəhimov çıxış edərək bildirib ki, hal hazırda müəssisələrində 150-ə yaxın məcburi köçkün işlə təmin olunub. Gələcəkdə də yeni iş yerlərinin açılması istiqamətində müəyyən işlər görüləcək.