İcra Hakimiyyəti Pasxa Bayramı üçün ziyafət təşkil etdi

icra-hakimiyyeti-pasxa-bayrami-ucun-ziyafet-teskil-etdi
Oxunma sayı: 649




İlk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev Pasxa bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, xalqımızın tarixi ənənələrə söykənən dostluq və qardaşlıq münasibətlərindən danışıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasətin nəticəsində ölkəmizdə sağlam ictimai-siyasi mühitin hökm sürdüyü, tolerantlığın qorunub saxlanıldığı, müxtəlif dinlərə və təriqətlərə hörmət və ehtiramın bəslənməsini diqqətə çatdırıb. Tədbirdə Rus Provaslav kilsəsinin nümayəndələri tərəfindən xeyir dua edildi, dini ayinlər icra olundu.

Daha sonra tədbir bədii, əyləncəli proqramla davam edib.

Eyni zamanda rayonda yaşayan slavyanəsilli 82 aztəminatlı ailəyə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı paylanıb.