İcra hakimiyyəti piketə də “yox” dedi

icra-hakimiyyeti-pikete-de-yox-dedi
Oxunma sayı: 625

Şərt belə idi ki, əgər meriya mitinqin keçirilməsi üçün tələb olunan ərazidə yer ayırmasa mitinq təxirə salınacaq. Əvəzində isə mayın 20-də nəzərdə tutulan piket keçiriləcək.

Bu gün səhər BŞİH-dən İctimai Palataya cavab gəlib. Müsavat başqanının müavini Tofiq Yaqublunun musavat.com-a verdiyi məlumata görə, şəhər hökuməti mitinq üçün müraciətin gec olduğunu bildirib.

İctimai Televiziyanın qarşısında keçiriləcək piketə gəlincə isə BŞİH-dn bildirilib ki, həmin gün "Eurovosion" mahnı yarışmasının yarımfinal konserti keçiriləcək, ona görə də İTV-nin qarşısında hər hansı bir siyasi aksiya həmin beynəlxalq tədbirin pozulmasına yönəlmiş cəhd kimi qiymətləndirilə bilər.

Beləliklə, BŞİH İctimai Palatanın təşkil etmək istədiyi iki aksiyadan heç biri üçün yer ayırmayıb.