İcra Hakimiyyəti tədbir keçirdi - Foto

icra-hakimiyyeti-tedbir-kecirdi
Oxunma sayı: 639

Nərimanov rayonunda oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd edilib.

Bakı Sağlamlıq Mərkəzində Nərimanov Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Nərimanov rayon Qadınlar Şurasının birgə təşkilatçılığı ilə  oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, Zərifə xanım Əliyevanın həmkarı oftalmoloq Nübar Həşimova, BSM-nin əməkdaşı, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirin gedişatında Zərifə Əliyevanın ömür yolu və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. 

Yekunda 35 saylı musiqi məktəbinin şagirdlərinin ifasında klassik musiqi parçaları ifa olunub.