İcra Hakimiyyəti uşaqları sevindirdi

icra-hakimiyyeti-usaqlari-sevindirdi
Oxunma sayı: 1511

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 1iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə  rayon ərazisində yerləşən “KOALA”  istirahət və əyləncə mərkəzində xüsusi qayğıya ehtiyacı olan    uşaqlar üçün bayram tədbiri keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Nəsimi rayonu ərazisində yerləşən 11 və 268 saylı xüsusi məktəblərdə təhsil  alan   uşaqlara  nahar süfrəsi açılıb və hədiyyələr verilib. Gün ərzində uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənləniblər. Tədbirdə “Günay” uşaq teatrının kollektivi uşaqlar qarşısında rəqslər edərək onlarla birlikdə əyləniblər.