İcra hakimiyyətində din müzakirəsi

icra-hakimiyyetinde-din-muzakiresi
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayənlədəri, Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Dini məsələlər üzrə Komissiyanın üzvləri, Badamdar və Bibiheybət qəsəbələrinin icra nümayəndələri, Bələdiyyələrinin rəhbərləri və üzvləri, orta təhsil müəssisələrinin, ziyalıların nümayəndələri, həmçinin rayonda fəaliyyət göstərən dini qurumların rəhbərlərinin iştirak edib.

Seminarı Səbail rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini, RİH Başçısı yanında Dini məsələlər üzrə Komissiyanın sədri Xalidə Bayramova açaraq bildirmişdir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ölkədə dövlət-din siyasətinin həyata keçirilməsi, radikal dini qrupların zərərsizləşdirilməsi, qeyri-ənənəvi təriqətlərin təbliğatının qarşısının alınması, mili-mənəvi dəyərlərin və toleyrant mühitin qorunub saxlanması, eləcə də Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazasının geniş və əhatəli şəhri məqsədi ilə seminar-treninqlər keçirilir və bu tədbir Səbail rayonunda keçirilən növbəti seminardır.

Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı bölgəsi üzrə şöbə müdiri Yalçın Abdullayev iştirakçıların çoxsaylı suallarını cavablandırıb.