İcra Hakimiyyətində Milli Qəhrəmanın atasını döydülər

icra-hakimiyyetinde-milli-qehremanin-atasini-doyduler
Oxunma sayı: 631

Toplantıda Prezident Administrasiyasının cənub bölgəsi üzrə kuratoru Vəfadar Bağırov da iştirak edib. Qurban Məmmədovun sözlərinə görə, onu da elə Vəfadar Bağırovun gözü qarşısında döyüblər.

“Icra hakimiyyətində işləyən Adəm Məhərrəmovla Vəli adlı şəxs polislərə göstəriş verdilər ki, məni zaldan çıxarsınlar. On nəfərə qədər polis gəlib məni zorla çıxartdılar, sonra rayon polis idarəsinə apardılar”, - deyə Qurban Məmmədov bildirib.
79 yaşlı ağsaqqalın sözlərinə görə, onu həm icra hakimiyyətinin həyətində, həm də polis idarəsinə apararkən yolda döyüblər: “Içəridə halım pisləşdi, məni buraxdılar, getdim xəstəxanaya, iynə vurdular, dərman atdım, sonra evə qayıtdım”.

Qurban Məmmədov ona qarşı zorakılığın səbəbini belə izah edir: “Qorxurdular ki, Bakıdan gələn qonağın yanında problemləri dilə gətirərəm. Ona görə də məni zaldan çıxartdılar”.

Əldə etdiyimiz məlumata görə, icra hakimiyyətində illik hesabat üçün baş tutan toplantı zamanı vətəndaşları zala siyahı əsasında buraxıblar.

“Qafqazinfo”nun məlumatına görə, Səfəralı Qurban oğlu Məmmədov 1963-cü il oktyabrın 16-da Masallı rayonu Sərçuvar kəndində anadan olub. O, polis (milis) leytenantı kimi 1990-cı ildə könüllü olaraq cəbhə bölgəsinə - Ağdam istiqamətinə gedib, vzvod komandiri təyin olunub, Fərrux, Ağbulaq, Qarakənd ərazilərində uğurlu əməliyyatlar keçirib, düşmənin çox sayda yaraqlısını əsir götürüb. 1992-ci il fevralın 16-da Qaradağlı kəndinin müdafiəsində qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 6-da Milli Qəhrəman adı alıb.