İcra hakimiyyətinin binasına cırıq bayraq asılıb - Video

icra-hakimiyyetinin-binasina-ciriq-bayraq-asilib
Oxunma sayı: 5961

Bakı Şəhər İcra Hakimiyyətinin İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati binasında asılan bayraq cırılıb. 

“Qafqazinfo” xəbər verir ki, Baku.ws yaydığı videoda dövlət bayrağının cırıldığı açıq-aydın görünür.  İcra Hakimiyyətinin Bakının mərkəzində yerləşən binası arxitektur dizaynı ilə turistlərin də marağını çəkir. Xarici qonaqların tez-tez bu binanın fotosunu çəkdiyinin şahidi oluruq. Bakı Şəhər İcra Hakimiyyətinin binasında cırıq bayrağın dalğalanması heç də yaxşı mənzərə deyil.

***

Bakı şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Nailə Məmmədova  məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, bu təbii haldır: “Külək əsən zaman bu cür hallar baş verir.  Külək dayanandan sonra bayraq yenisi ilə əvəzlənir. Məsələni reytinq naminə ictimailəşdirməyə, hadisəni şişirtməyə ehtiyac yoxdur”.