İcra Hakimiyyətinin kimsəsiz uşaqlara diqqəti - Foto

icra-hakimiyyetinin-kimsesiz-usaqlara-diqqeti-foto
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, tədbiri giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov tədbirdə iştirak edən bütün uşaqları və onların valideynlərini 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik edib, onlara can sağlığı, xöşbəxt həyat və səadət arzulayıb. Bayramın tarixçəsindən danışan A.Əsgərov bildirib ki, hazırda Azərbaycanda əhalinin 29 %-ni 18 yaşınadək uşaqlar təşkil edir və uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət, qayğı ilə əhatə olunublar.
Tədbirdə populyar müğənnilər Azəri qızı Günel, Tünar, “Qala” qrupu və başqalarının ifasında konsert proqramı, şən rəqslərlə yanaşı, həm də uşaqlara təşkilatçılar tərəfindən hədiyyələr paylanılıb.