İcra Hakimiyyətinin maşını körpüdən düşdü- - 2 ölü, 3 yaralı

icra-hakimiyyetinin-masini-korpuden-dusdu-
Oxunma sayı: 3725


“Qafqazinfo” report-a istinadən xəbər verir ki, hadisə Qax şəhərində baş verib.

Belə ki, Qax Rayon İcra Hakimiyyətinə məxsus (RİH) “34 AA 054” dövlət nömrə nişanlı “QAZ 3110” markalı avtomobil Kürmük çayı üzərindəki körpüdən düşüb.

Hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən şəxslərdən biri Qax Rayon İcra Hakimiyyətinin əməkdaşı Şahid Əhmədov, digəri isə Vüqar Paşayevdir. Yaralılar isə avtomobilin sürücüsü, Qax Rayon İcra Hakimiyyətinin əməkdaşı Azər Qazaxov, Firudin Yusifzadə və Asif Məmmədzadədir.