İctimai fəala qarşı zorakılıq- - Ermənistanda

ictimai-feala-qarsi-zorakiliq-
Oxunma sayı: 725


“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, hadisə Ermənistan paytaxtının mərkəzində baş verib. Qevorq Safaryan “Preparliament”-in ofisindən çıxıb avtobus dayanacağına yaxınlaşdığı zaman arxadan başına “bərk əşya ilə” zərbə endirilib.

Xəstəxanada yaralı yerlərə üç tikiş qoyulub və sabahısı gün o, beyin sarsıntısı diaqnozu ilə xəstəxananı tərk edib.

“Zərbədən mən, yarıbihuş halda yıxılıb daha bir neçə zərbə almışam. Sonra ofisdən məni təcili yardım maşını ilə aparıblar. Ofisə necə çatdığım yadımda deyil: bilmirəm öz ayağımla getmişəm yoxsa aparıblar”, - jurlnalistlərə Qevorq Safaryan deyib.

.

Hadisə baş verən yerdə, Xancyan və Tumanyan küçələrinin kəsişməsində, qan izləri qalıb. Burada hər tərəfdə nəzarət kameraları yerləşdirilib.

Lakin Yerevan Polis İdarəsindən hadisə ilə bağlı araşdırma aparıldığını və bu gün iş gününün sonunadək hələ cinayət işi açılmadığını deyirdilər.

“Rejimin dəst-xətti”

Qevorq Safaryan bu hadisəni tək özünə qarşı deyil, onun təmsil olunduğu “Preparliament” təşkilatına qarşı “siyasi akt” hesab edir.

Hadisədən bir gün əvvəl səhər tezdən “Preparliament”-in yeddi üzvünün minik avtomobillərini yandırmaq cəhdi edilmişdi. Bəzi maşınların təkərləri yanıb, bəzilərinin başqa hissələri oddan ziyan çəkib. Və həmin gün Qevorq Safaryan bu hadisələrlə bağlı polis idarəsi önündə “açıq mətbuat konfransında” iştirak edib.

Bu avtomaşınların üzərinə “100 illiyi rejimsiz” trafaretləri vurulub və gələn il Ermənistanda 100 illiyi qeyd olunacaq “soyqırım yubileyini Sarkisyanın başçılıq etdiyi rejimsiz” qarşılanması nəzərdə tutulur. Həmin avtomaşınlarla bir neçə dəfə Yerevanın küçələri ilə sözügedən şüar altında avtoyürüş keçirilib.

“Bu hücumların məqsədi müxalif yönlü fəalları qorxutmaqdır. Qorxu atmosferi yaratmaq rejimin dəst-xəttidir”, - Safaryan deyir.

İstintaq orqanları hadisə ilə bağlı xəstəxanada ondan ifadə alıblar, lakin Safaryan əmindir ki, “cinayət açılmayacaq”.

“Bu cinayətləri törədənlərin və onların arxasında dayananların kimliyi aydındır. Bizim ölkədə polis rejimə qarşı getmək iqtidarında deyil, polisin özü rejimin ayrılmaz hissəsidir. Həmişəki kimi istintaq ya boşa çıxacaq, ya da əfəlin birini tapıb, onun boynuna qoyacaqlar”, - Safaryan hesab edir.

Eyni zamanda İstintaq Komitəsindən alınan məlumata görə, “Preparliament”-in iki üzvünün avtomaşınlarına ziyan vurulması ilə bağlı cinayət işi başlanıb.