İctimai Palata gələn həftə toplanacaq

ictimai-palata-gelen-hefte-toplanacaq
Oxunma sayı: 682

İclas barədə məlumat verən Şura üzvü Aqil Səmədbəylinin sözlərinə görə, qərara alınıb ki, Ictimai Palatanın növbəti sessiyası dekabrın 3-nə təyin olunsun. İclasda həmçinin, ictimai-siyasi vəziyyət, Ictimai Palatanın vəzifələri, görüləcək işlər, qurumun növbəti sessiyasının gündəliyi, IP-in Gənclər Komitəsinin formalaşması müzakirə olunub. Aqil Səmədbəyli deyib ki, Gənclər Komitəsinin formalaşması ilə bağlı müzakirələrin davam etdirilməsinə qərar verilib: “Ilkin olaraq bu komitənin formalaşmasına Ictimai Palatanın üzvləri öncüllük edəcəklər. Daha sonra komitənin tərkibinin genişləndirilməsi istiqamətində iş aparılacaq. Ilk növbədə gənclərin bununla bağlı mövqeyi nəzərə alınacaq. Onlar öz əsasnamələrini təqdim edəcək, Koordinasiya Şurası da baxıb təkliflərini verəcək”.

azadlıq.info