İctimai Palata Kürə görə “daşdı”

ictimai-palata-kure-gore-dasdi-
Oxunma sayı: 644

Dəyirmi masada “Kür” Vətəndaş Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyev də çıxış edib, daşqınların meydana gətirdiyi çətinliklərdən danışıb.

Çıxış edənlər əhalinin bu problemlərdən xəbərdar edilməsi ilə bağlı müxtəlif təkliflər irəli sürüb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev təklif edib ki, daşqınlarla bağlı Bakıda sərgi təşkil edilsin: “Zərrəçəkənlərin, jurnalistlərin iştirakı ilə Bakının hər hansısa səhrasında sərgi keçirilsin. Burada insanlara əziyyət verən məmurların adı hallanmaqla materiallar nümayiş olunsun. Bütün bunlar həm də lentə alınsın. Daha sonra səhnəcik formasında nümayiş keçirilə bilərm ki, burada karton kağızdan ev tikilir, həmin ev uçurulub, yandırılır və insanlar çöldə qalır. Bununla məmurların evsiz insanlara qarşı diqqətsizliyini göstərməyə müvəffəq olmaq olar. Sonra isə həmin məmurlar karton kağızdan hazırlanmış həbsə salınır”. Sərginin görüntülərini internet saytlarda yerləşdirməyi təklif edən R. Nurullayev bunun köməyi ilə minlərlə insanın bu fəlakətdən xəbərdar olacağını bildirib.

Dəyirmi masada Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də çıxış edib. Partiya sıədri çıxışında Kürdə baş verən daşqınları təbiətin cığallığı yox, korrupsiyanın gətirdiyi fəlakət kimi qiymətləndirib: “Bu daşqınlar həm də mənəvi böhranı ortaya çıxardı. Evsiz, geyimsiz insanlara ayrılan vəsaiti mənimsəmək yüksək səviyyədə mənəviyyatsızlıqdır”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər də çıxışında “Kür” Vətəndaş Cəmiyyətinin fəaliyyətini yüksək qioymətləndirib və əvvəlki çıxışlara münasibət bildirib: “İctimai Palata olaraq “Kür”lə əməkdaşlığa və onun xahişlərini yerinə yetirməyə hazırıq”. İsa Qəmbər də çıxışında bildirib ki, daşqınların səbəbkarı hazırkı hakimiyyətin yürütdüyü siyasətdir.

Fatimə Kərimli