İctimai Palata Milli Dirçəliş Gününü qeyd etdi

ictimai-palata-milli-dircelis-gununu-qeyd-etdi-
Oxunma sayı: 639

Tədbirə İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli aparıcılıq edib. Əli Kərimli iştirakçıları bayram münasibəti ilə təbrik edərək bu günün əhəmiyyətindən danışıb. Sonra tədbir iştirakçılarının çıxışları olub.

AXCP sədri Əli Kərimlidən başqa Müsavat başqanı İsa Qəmbər, sabiq millət vəkili Pənah Hüseyn, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, AXCP Rəyasət Heyətinin üzvü, tanınmış publisist xaliq Bahadır, siyasi məhbus Tural Abbaslının anası Başxanım Abbasova, tanınmış hüquqşünas Qurban Məmmədov, jurnalist Tofiq Türkel, ADP sədrinin müavini Həsrət Rüstəmov və başqaları çıxış edib.

azadliq.info