İctimai Palata şəhidləri ziyarət etdi

ictimai-palata-sehidleri-ziyaret-etdi
Oxunma sayı: 637

"Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlunun verdiyi xəbərə görə, İctimai Palatanın Koordinasiya Şurasının bütün üzvləri, habelə onlara qoşulmuş yüzlərlə insan ziyarətdə iştirak edib. Şəhidlərin əbədi xatirəsinə ehtiram olaraq İP adından hazırlanmış hüzn çələngi xiyabanındakı əbədi məşəlin önünə qoyulub. Milli-azadlıq hərəkatının üzvləri öz hərəkat yoldaşlarını şəhadət günündə onlara rəhmət diləyib, ruhlarına dua oxuyub, yaxınlarına başsağlığı veriblər.