İctimai Palata vicdan məhbusları ilə bağlı toplantı keçirəcək

ictimai-palata-vicdan-mehbuslari-ile-bagli-toplanti-kecirecek
Oxunma sayı: 641

İP Koordinasiya Şurasının üzvü Mehriban Vəzirin verdiyi xəbərə görə, Müsavat Partiyasının qərargahında keçiriləcək Dəyirmi Masada vəkillər, ziyalılar, siyasətçilər və bəzi beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı gözlənilir. Dəyirmi Masada vicdan məhbuslarının durumu, onların azad olunması istiqamətində həyata keçirilən işlər və atılmalı olan addımlar müzakirə olunacaq. Dəyirmi Masa iştirakçılarının sonda hakimiyyətə vicdan məhbuslarını dərhal azad etmək üçün müraciət edəcəyi gözlənilir.