İctimai Palatada media müzakirələri

ictimai-palatada-media-muzakireleri
Oxunma sayı: 644

Müsavat Partiyasının qərargahında keçirilən dəyirmi masada İP rəhbərliyi, media kapitanları, jurnalist təşkilatlarının rəhbərləri, ziyalılar, mətbuat yayımı firmalarının təmsilçiləri iştirak edirdilər. Qeyd edək ki, İctimai Palata yarandığı bir ildən artıq müddətdə ilk dəfədir mətbuata təzyiqlər və qəzetlərin satışına maneələrlə bağlı ayrıca toplantı keçirir.

***

Dəyirmi masada çıxış edən “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev medianın tərəqqisinə qarşı olanları sərt şəkildə tənqid etdi: “Vəziyyət pisləşib və Elmar Hüseynovun ölümündən sonrakı vəziyyətə bənzəyir. Sanki təkrar olunur. Aparılan siyasət hakimiyyətin qoxutmaq və çərçivəyə salmaq istəyinə bənzəyir. Bu gün mətbuat xüsusilə “ Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı dağıdıcı məhkəmə qərarları verilib. Həmçinin Rafiq Tağının ölümü mediaya olan basqının ciddi bir hissəsidir. 120 çap orqanı var, amma onların gəlirləri yox səviyyəsindədir. Reklam bazarını yox ediblər. Qəzetlərin yayımına qadağaları isə günü-gündən sərtləşdirirlər. Yeni yaradılan köşklərdə qəzetdən başqa nə istəsən satırlar. Bütün bunlardan çıxış yolu isə
səfərbər olmaqdır. Siyasi partiyalar, QHT-lər, azad sözün tərafdarları, Mətbuat Şurasısı bu mübarizəyə cəlb olunmalıdır. Mətbuatın inkişafının konsepsiyası hazırlanmaldır”.

Daha sonra çıxış edən “Yeni Müsavat” qəzetinin təsisçi və baş redaktoru Rauf Arifoğlu olduqca çətin, maddi və mənəvi terror əhatəsində çalışdıqlarını qeyd etdi: “Hazırda mətbuata onun fəaliyyətinə qarşı məhdudlaşdırma proqramı işə salınıb. Cəmiyyətin demokratik kəsimləri, cəmiyyət özü güclü olanda bizə təzyiqlər az olur. Bu gün mətbuat uçuruma gedir. Elmar Hüseynovun ölümündən sonra mətbuata gənclərin axını dayanıb. Artıq valdeynlər övladlarının bu peşəyə yiyələnməsini istəmirlər”.

Rauf Arifoğlu qəzet yayımına olan qadağalar və “Yeni Müsavat” qəzetinin üzləşdiyi məhkəmə çəkişmələri ilə bağlı da məlumat verdi: “Köşklərin və səyyarı yayımın dayandırılması, qan damarlarımızın məhv edilməsi kimidir. Reklam bazarı olmadığından “Yeni Müsavat” yalnız yayımdan qazanır. Aylıq məsrəflərimizin həcmi 40-50 min manat arasında dəyişir. Qəzet yayımına yaradılan əngəllər nəticəsində biz gündə 1700 tiraj itiririk. Təkcə 40 gündə qəzetimiz 14 min manat itirib. Bu günlərdə “Qasid”in 120 ədəd köşkünü götürüb, yerinə 70-ni qoyublar. Yeni press köşklərə köhnə qəzetlər qoyulur. Köşklərin yığışdırılması hakimiyyət yönlü qəzetlərə də təsir edir və onların sahibləri arxa söhbətlərdə bunu etiraf edir.

musavat.com