İctimai Palatanın gündəliyi - “WikiLeaks”

ictimai-palatanin-gundeliyi-wikileaks
Oxunma sayı: 647


Son vaxtlar “WikiLeaks” saytı Bakıda işləyən Amerika diplomatlarının çoxlu sayda gizli və məxfi sənədlərini, teleqramlarını yayıb.

Onlarda rəsmi Bakının başqa dövlətlərlə qarşılıqlı münasibətlərinə aydınlıq gətirilir. Yayılmış sənədlər Azərbaycan hakimiyyəti ilə digər dövlətlər arasında ictimaiyyətdən gizlədilən fikir ayrılıqları olduğunu üzə çıxarıb. Bundan əlavə, bu sənədlər hakimiyyətin öz rəqiblərini siyasi motivlərlə təqib etməsi faktlarını təsdiq edib. Bununla yanaşı, sənədlərdə hakimiyyətin yüksək eşelonlarında korrupsiya olduğu üzə çıxıb.

Azərbaycan hakimiyyəti bu nəşrlərə əsəbi reaksiya verib və ABŞ-ın ünvanına tənqidlər səsləndirib(Turan).