İctimai Palatanın rəhbərliyini yeni iddialılar var

ictimai-palatanin-rehberliyini-yeni-iddialilar-var-
Oxunma sayı: 636

Bu haqda məlumatı “Qafqazinfo”ya açıqlamasında İctimai Palatanın katibi Gülağa Aslanlı deyib. O deyib ki, İctimai Palatanın 2012-ci il, yanvarın 8-də keçirilməsi nəzərdə tutulan sessiyasında Koordinasiya Şurasına yeni seçki keçiriləcək. Seçkidə 13 üzvü ilə yanaşı, Rafiq Manaflı, İbrahim İbrahimli, İxtiyar Abdal, Vaqif Hacıbəyli, Qələndər Muxtarlı, İmam Cəfərov da namizədliklərini irəli sürüblər.

G. Aslanlı KŞ üzvlərinin sayının artırılması barədə belə deyib: “Üzvlərin sayının artırılması məsələsi sessiyada qaldırıla bilər. Səsvermədə qəbul olunarsa, üzvlərin sayının artırılması mümkündür.”

Qeyd edək ki, hazırda KŞ-nın 15 üzvü var. Ötən sessiyada isə sayın 25 olması təklif edilib.

Sədan Bünyatova