İctimai qınaq kampaniyası başladı

ictimai-qinaq-kampaniyasi-basladi
Oxunma sayı: 643

Eyni zamanda, Şuranın toplantısında, Alyans qarşısında duran əsas vəzifələrdən biri kimi, beynəlxalq donorların şəffaflığı, və bu istiqamətdə monitorinqlərin keçirilməsi, xarici donorların QHT-lərin maliyyələşməsində ayrı-seçkiliyə yol verməsi, geniş və ətraflı müzakirələrə səbəb olmuş, qərara alınmışdır ki, bu istiqamətdə müsbət dəyişikliklərə nail olunana qədər, Alyans tərəfindən ictimai qınaq kampaniyası başlansın.
Toplantıda, həmçinin, QHT-lərin maliyyələşdirilməsində dövlətin payının artırılması, özəl sektorun vətəndaş cəmiyyətinin maliyyələşməsinə cəlb olunması, QHT Evinin yaradılması və s. həlli vacib olan məsələlər müzakirə olunmuşdur.