İctimai Şura növbəti iclasını keçirib

ictimai-sura-novbeti-iclasini-kecirib
Oxunma sayı: 638

ƏƏSMN-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə ƏƏSM nazirinin müavini İlqar Rəhimovun sədrliyi ilə keçən iclasda nazirliyin struktur bölmələrinin və İctimai Şuraya üzv olan qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edib.

İ. Rəhimov bildirib ki, «Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı» və «Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı»nda müəyyən edilən vəzifələrin icrası ilə bağlı ƏƏSMN-i tərəfindən Tədbirlər Planı hazırlanıb. İctimai Şuranın bu dəfəki iclası da məhz həmin Tədbirlər Planının ictimai dinləməsinə həsr olunub.

İclasda Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri, İctimai Şuranın üzvü Elnur Sultanov «Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı» və «Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı»nda müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı Nazirlik tərəfindən hazırlanan Tədbirlər Planı, habelə Aktiv Sosial Yardım Proqramları: «Özünədəstək» layihəsinin monitorinqinin nəticələri barədə məlumat verib.

İclasda qeyd olunan məsələlərlə bağlı geniş müzakirələr aparılıb, təkliflər irəli sürülüb.