“İctimai Televiziyada torbamı pambıqla tikdilər...” - Murad Arif

ictimai-televiziyada-torbami-pambiqla-tikdiler
Oxunma sayı: 7355

Xəbər verdiyimiz kimi, İsrail “Eurovision-2018” mahnı müsabiqəsinin qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, bəstəkar-müğənni, aparıcı Murad Arif Netta Barzilainin “Toy” mahnısı ilə əldə etdiyi qələbədən sonra İnstaqram hesabında paylaşım edərək İsrailin qalib olacağını öncədən bildiyini söyləyib.

“İsrailin mahnısı martın 12-də “Youtube” videoportalına yüklənildi. Klipə baxan kimi birinci olacağını yazmışam. Digər mahnıları dinləməmişdim. Sizcə, 1 adam hər il qalibi düzgün tapırsa, buna nə ad vermək olar? 

Çoxu gözəl bilir ki, Azərbaycanda 1 nömrəli “Eurovision” mütəxəssisi Murad Arifdir. Amma mənim İTV-də “Eurovision” tok-şoularında iştirakımı əngəlləyirlər. Nədir bu adamlarda bu qorxunun səbəbi..? Halbuki, bu müsabiqənin ilk şərhçisi, ilk verilişlərinin hazırlayanı, işlətdiyiniz “Avroviziya” kəlməsinin müəllifi də mənəm. Zamanında o layihədən torbamı pambıqla tikdilər... Nə isə... Bu ölkədə mütəxəssislər, işi, janrı, təhlili bilən adamlar heç kəsə lazım deyil sanki”, - deyə aparıcı qeyd edib.