“İctimai”dən ARB-yə keçdi

ictimaiden-arb-ye-kecdi
Oxunma sayı: 1928

Tanınmış aktrisa Sevinc Əliyeva İTV-də yayımlanan “Dağılmışlar altında” serialından sonra yeni layihədə yer alıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu dəfə ARB TV-də tamaşaçı qarşısına çıxacaq. Elvin Rüstəmzadənin rejissorluq etdiyi layihə “Atılmışlar” adlanır.

Sevinc hər gün efirə gedəcək serialda əsas qəhrəmanlardan biri olan Nazlı obrazını canlandıracaq.