“İdeal” mağazalar şəbəkəsi cərimələndi

“İdeal” mağazalar şəbəkəsi cərimələndi
Oxunma sayı: 2283

Məhkəmə “İdeal Kompani” Məhdud Məsuliyyətli Cəmiyyətini cərimələyib.

“Qafqazifo”nun verdiyi xəbərə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası Xəzər rayon məhkəməsinə müraciət edərək MMC barəsində tətbiq etdiyi protokol üzrə qərar verilməsini istəyib.

Belə ki, MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib. Belə ki, şirkət avans yolu ilə ödənilmiş 26.060,31 avro müqabilində müəyyən edilmiş müddətdə müvafiq xidmət göstərməməsinə baxmayaraq pulu da geri qaytarmaqdan imtina edib. Buna görə də “İdeal” həmin məbləğin 20 faizi həcmində, yəni 5212 avro cərimələnib.

“İdeal” mağazalar şəbəkəsi bu qərardan narazı qalıb və apelyasiya şikayəti verib. İşə Bakı Apelyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun sədrliyi ilə iyulun 22-də baxılacaq.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi