İdlibdə atəşkə pozuldu

idlibde-ateske-pozuldu
Oxunma sayı: 636

Müxalifətin nəzarətindəki İdlibə havadan şiddətli şəkildə hücum edilir.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Xan Şeyxun bölgəsindəki mülki müdafiə məntəqəsi və səhiyyə mərkəzləri daxil olmaqla 10 bölgə vurulub.

Hücum nəticəsində ölən və yaralananların olmadığı bildirilib.

Daha sonra şəhərin cənubundakı Kefer Nəbil qəsəbəsində bir xəstəxana ilə Termele, Habit, Teri və Teyr Mella kəndləri havadan bombalanıb.

Qeyd edək ki, İdlibdə iyulun 24-də atəşkəs elan edilmişdi.