İdlibdə atəşkəs elan olundu

İdlibdə atəşkəs elan olundu
Oxunma sayı: 271

Rusiya və Türkiyənin vasitəçiliyi ilə Suriyanın İdlib bölgəsində atəşkəsə dair razılıq əldə olunub.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bunu brifinqdə çıxış edən Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri, general-mayor Viktor Kupçişin deyib.  

“Nəticədə, qeyri-qanuni silahlı qüvvələr tərəfindən atışmaların xeyli azalması qeydə alınır. Belə ki, iyunun 12-də Maharda və Suran yaşayış məntəqələrinin cəmi iki dəfə atəşə tutulması qeydə alınıb. Suriya hakimiyyəti əldə olunan razılıqlara riayət edərək, cavab atəşi açmayıb”, - Kupçisin deyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi