İdlibdə Türkiyənin hərbi kortejinə hücum - 1 şəhid, 2 yaralı

idlibde-turkiyenin-herbi-kortejine-hucum
Oxunma sayı: 1410

Suriyanın İdlib şəhərində Gərginliyi Azaltma Nəzarət Qüvvələrinin fəaliyyəti çərçivəsində Türkiyənin hərbi korteji hərəkətdə olarkən terrorçuların hücumuna məruz qalıb.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, bomba ilə yüklənmiş avtomobil kortejin yanında partladılıb.

Hadisə nəticəsində Yasin Tanboğa şəhid olub. Mahmut Pakyürek və Ömər Günəş isə yaralanıb.