İdman jurnalistikasının problemləri nələrdir?

idman-jurnalistikasinin-problemleri-nelerdir
Oxunma sayı: 641

“Qafqazinfo” xəbər verir ki, “Azərbaycan idman jurnalistikasının problemləri” mövzusunda keçirilən tədbirdə əsasən idman jurnalistikasında kadr hazırlığının səviyyəsi, termin problemləri və idman mətbuatında dil üslubu məsələləri müzakirə edilib.

Tədbiri giriş sözü ilə açan Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı nailiyyətlərdən danışıb və idman jurnalistikasının ölkəmizdə inkişaf etdiyini vurğulayıb.
Dəyirmi masada nazir müavini ilə yanaşı idman qəzetlərinin baş redaktorları, veteran idman jurnalistləri və idman jurnalistikası ilə bağlı əlaqəli şəxslər istirak edib. Tədbirdə qonaq qismində iştirak edən Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının Futbol Komitəsinin rəhbəri Keri Radnadge Azərbaycanın beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Sonda idman jurnalistikasında kadrların hazırlığı məqsədilə vaxtaşırı hazırlıq kurslarının və uzunmüddətli tədris proqramlarının təşkili ilə bağlı təkliflər irəli sürülüb.

Sevinc