İdman jurnalistləri bir araya gəldi

idman-jurnalistleri-bir-araya-geldi
Oxunma sayı: 633

Bu gün Mətbuat Şurasında Zərdabi Mətbuat Mərkəzinin və “ Sport favorit” qəzetinin birgə həyata keçirdiyi “İdman mövsuzu Azərbaycan Kütləvi informasiya vasitələrində” adlı layihənin yekunları haqqında tədbir təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə 3 ay ərzində davam edən layihənin yekunları müzakirə edilib. Ölkəmizdə müntəzəm olaraq yayımlanan 25 qəzet və 9 informasiya agentliyində layihə ilə bağlı olaraq aparılmış araşdırmalardan və onların nəticələrindən danışılıb.Tədbir iştirakçıları yekun olaraq idman mövzusunda kütləvi informasiya vasitələrində olan mövcud problemlərin və uğurların davamlı olması üçün bu cür layihələrin müntəzəm olaraq təşkil olunmasının vacibliyini vurğulayıblar.

İqbal