İdmançı yol polisləri 18 qızıl medal qazanıblar - Fotolar

idmanci-yol-polisleri-18-qizil-medal-qazaniblar
Oxunma sayı: 2107

Noyabrda ABŞ-ın Orlando şəhərində keçirilən “Poverliftinq Benc” üzrə dünya çempionatında Baş Dövlət Yol Polisi İdarəsinin 5 əməkdaşı medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, komandamız ötən gecə vətənə dönüb.

Onlardan Yol Patrul Xidməti Alayının xüsusi tağımının əməkdaşı, polis leytenantı Famil Məhərrəmov qızıl medal əldə edib.

Qeyd edək ki, cari ildə Yol Patrul Xidmətinin əməkdaşları idmanın ayrı-ayrı növlərində 18 qızıl medal qazanıblar.