İdmançılarımız başlayır

idmancilarimiz-baslayir
Oxunma sayı: 642

Atıcımız Əkbər Məmmədov 10 metr məsafəyə atəşaçma yarışlarında, Zinət Vəliyeva isə kamandan oxatma idman növündə qüvvəsini sınayacaqlar. Atıcılıq yarışları saat 15:45-də, kamandan oxatma turniri isə saat 18:00-da start götürəcəkdir.

“ExCel North” Arenada təşkil olunan yarışda mübarizə aparacaq cüdoçularımız – Ramin İbrahimov (60 kq) və Bayram Mustafayevin (66 kq) ilk rəqibləri müəyyənləşmişdir. R.İbrahimov koreyalı Min-Ca Li ilə, B.Mustafayev isə rusiyalı Viktor Rudenko ilə üz-üzə gələcəklər. Cüdo yarışları saat 15:00-da başlayacaqdır.