İdmançılarımız universitetə qəbul olundu

idmancilarimiz-universitete-qebul-olundu
Oxunma sayı: 697

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi 2017-2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, tələbə adını qazananlar arasında ağır atletika ailəsinin üzvləri də var.

Belə ki, yeniyetmə ağır atletlərimizdən Səbinə Əzimova, İsmayıl Məmmədov, Almazxan Səfərov, Kənan Xəlilov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ağır atletika fakultəsi, məşqçi-müəllimlik ixtisası, Əbülfətzadə Elmar Lənkəran Dövlət Universiteti “Aqrar və mühəndislik” fakültəsi, “Torpaqşünaslıq və aqrokimya” ixtisası, Qardaşzadə Yusif Azərbaycan Dövlət İqtisad Universiteti “Marketinq” fakultəsi, “İstehlak mallarının ekspertizası və marketinqi” ixtisasına qəbul olunub.

Bununla yanaşı, təcrübəli mütəxəssis, beynəlxalq dərəcəli hakim Rasim Orucov da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ağır atletika fakultəsi, məşqçi-müəllimlik ixtisasına qəbul olunub.

Hazırda liseydə təhsil alan şagirdlərdən təxminən 20 nəfəri Azərbaycanın ağır atletika üzrə müxtəlif yaş qrupları üzrə yığma komandalarının üzvüdürlər.