İdmançılarımızdan maksimal nəticə

idmancilarimizdan-maksimal-netice
Oxunma sayı: 646

Çexiyanın paytaxtı Praqa şəhərində yeniyətmələrin cüdo üzrə Avropa kuboku keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan cüdoçuları yarışda rəqib tanımayıblar. Yeniyetmə cüdoçularımız 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanaraq ilk gündə maksimum nəticə əldə ediblər.

Rəşxan Baxşəliyev (55 kq), Əhməd Yusifov (60 kq), Nəzakət Əzizova (52 kq) qızıl, Rövşən Əliyev (55 kq), Kəramət Hüseynov (60 kq), Hasil Cəfərov (73 kq), Leyla Əliyeva (48 kq) gümüş, Balabəy Ağayev (55 kq), İsmayıl İbrahimov (66 kq), Yaqub Cavadov (66 kq) və Murad Fətiyev (73 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, 27 ölkədən 308 (177 oğlan, 131 qız) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 20 cüdoçu (15 oğlan, 5 qız) ilə təmsil olunur.