İdmançılarımızın dopinq qəbul etməsinə - - Rəsmi reaksiya

idmancilarimizin-dopinq-qebul-etmesine-
Oxunma sayı: 1435



“Qafqazinfo”ya Federasiyadan verilən məlumata görə, idmançıların dopinqdən istifadə etməsi ilə bağlı yayılan məlumat araşdırılır: "Beynəlxalq Ağır Atletika Federasiyasının rəsmi saytında azərbaycanlı iştirakçıların anti-dopinq bölməsində adları yoxdur. Bu isə o deməkdir. ki, idmançılarımızın məsələsi araşdırılır. Sadəcə olaraq, bu yarışı Avropa Ağır  Atletika Federasiyası təşkil etdiyinə görə,onlar idmançılarımızın nəticələrini ləğv ediblər. Lakin Beynəlxalq Ağır Atletika Federasiyası məsələni araşdırır. Araşdırmalar bitəndən sonra daha da dəqiq məlumat əldə edə biləcəyik".

Qeyd edək ki, bu gün axar.az saytında ağır atletlərimiz-Valentin Xristov (62 kq, qızıl), İntiqam Zairov (94 kq, qızıl), Sərdar Həsənov (69 kq, gümüş), Silviya Anqelova (48 kq, gümüş), Zülfüqar Süleymanov (62 kq,bürünc) dopinqdən istifadə etdiklərinə qazandıqları medallardan məhrum edilməsi, diskvalifikasiya olunması ilə bağlı məlumat dərc edilib.

Sonda Beynəlxalq Ağır Atletika Federasiyasının  rəsmi saytında yer alan 2013-cü ilə olan dopinq siyahısını təqdim edirik. 

İqbal