İdmançılarımızla bağlı şok xəbər- - Dopinqə görə medallar geri alındı

idmancilarimizla-bagli-sok-xeber-
Oxunma sayı: 2755

 

Azərbaycan idmanı ilə bağlı daha bir şok yaşanıb. Bu dəfə ağır atletika ilə bağlı. Avropa çempionatında medal qazanmış 5 idmançımızın hamısının dopinq qəbul etdiyi məlum olub.

"Qafqazinfo" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Ağır Atletika Federasiyasının saytında yayılıb. Məlumatda bildirilir ki, Avropa çempionatında Valentin Xristov (62 kq, qızıl), İntiqam Zairov (94 kq, qızıl), Sərdar Həsənov (69 kq, gümüş), Silviya Anqelova (48 kq, gümüş), Zülfüqar Süleymanov (62 kq,bürünc) qazandıqları medallardan məhrum edilməklə yanaşı, diskvalifikasiya da olunublar.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanı Qazaxıstana dəyişən perspektivli idmançımız Nicat Rəhimov millidə yaşanan özbaşnalıqlardan danışmış, bütün idmançılara məcburi qaydada dopinq verildiyini bildirmişdi.

Rəhimovun açıqlamasına münasibət bildirən Ağır Atletika Federasiyasının rəsmiləri onu az qala vətən xaini hesab etmişdilər.

 Məsələ ilə bağlı federasiya rəsmilərinin də mövqeyini öyrənməyə çalışdıq. Ancaq telefon zənglərimizə cavab verən tapılmadı. Gün ərzində federasiya rəsmilərinin və dopinqdə ilişən idmançıların mövqeyini öyrənməyə çalışacağıq.