İdmançımız Avropa Çempionatında medal qazandı

idmancimiz-avropa-cempionatinda-medal-qazandi-
Oxunma sayı: 634

Taekovondo üzrə Azərbaycan yığması gənclər arasında Afinada keçirilən Avropa birinciliyində uğurlu start götürüb. AzərTAc xəbər verir ki, Aydın Bəhmalov (87 kq) çempionatın bürünc medalını qazanıb. O, dörddəbir finalda İspaniya idmançısı Varel Vaskesə qalib gəlmiş, yarımfinalda isə Portuqaliya təmsilçisi Xose Rodrigesə uduzmuşdur.