Cəmi bir idmançımız var idi, o da finişə çata bilmədi

cemi-bir-idmancimiz-var-idi-o-da-finise-cata-bilmedi
Oxunma sayı: 2183

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən 23-cü Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner uğursuzluqla üzləşib.

“Qafqazinfo” xəbər verir ki, dağ xizəkçiliyinin slalom yarışlarında qüvvəsini sınayan idmançımız finişə çata bilməyib. 

O, yarış zamanı yıxılaraq mübarizəni dayandırıb.  

Qeyd edək ki, ilk keçiddə yalnız 52 idmançı finişə çatıb.