İfrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Qərargah yaradıldı

ifrat-tehlukeli-hidrometeoroloji-hadise-ile-bagli-qerargah-yaradildi
Oxunma sayı: 6667

Ölkə ərazisində yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatında və Milli Hidrometeorologiya Departamentində Qərargahlar yaradılıb.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, nazirliyin bütün qurumları səfərbər edilərək gücləndirilmiş iş rejiminə keçib.

Qurum rəsmisi vurğulayıb ki, ETSN-nin Aparatında yaradılan Qərargahdan dövlət qurumları və Nazirliyin regional idarələri arasında koordinasiyanın daha da gücləndirilməsi məqsədilə operativ faktiki hava məlumatları təqdim olunacaq. 

Milli Hidrometorologiya Departamentində yaradılan Qərargahdan müşahidə olunan proseslə bağlı ətraflı məlumatlar – yağıntılar, küləyin sürəti, istiqaməti, dənizdə dalğanın hündürlüyü ilə bağlı məlumatların hər üç saatdan bir aidiyyəti dövlət orqanlarına ötürülməsi təmin ediləcək və ictimaiyyətə KİV vasitəsilə canlı və yazılı veriləcək.