İftara çata bilmirsiz, elə isə yolda çay için... - Bakıda

İftara çata bilmirsiz, elə isə yolda çay için...
Oxunma sayı: 15

İftar zamanı yolda olan sərnişinlər üçün Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində çay masası təşkil edilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, iftar vaxtı Mərkəzdə olan sərnişinlər masaya yaxınlaşaraq onlara təklif edilən su, çay və xurmadan istifadə edə bilərlər. Aksiya Bakı Nəqliyyat Agentliyinin Azərsun Holdinqlə birgə təşkilatçılığı ilə keçirilir.

Bakı Nəqliyyat Agentliyi bir daha müqəddəs Ramazan ayında xalqımıza  ən xoş diləklərini yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayır. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi